Orta

Seçdiyiniz təhsil növü ilə əlaqəli bütün fənnləri buradan öyrənin.

İbtidai Riyaziyyat

Şagirdlərin riyazi düşüncə tərzini gücləndirir və onların təməl biliklərini formalaşdırır. Toplama, çıxma, vurma və bölmə kimi əsas əməliyyatları öyrənmək üçün nəzərdə tutulmuş dərslər.

Azərbaycan dili

Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur.

Türk dili

Türk dilinin əsas qrammatik qaydaları və lüğət bazasını öyrətməklə, şagirdlərə Türk dünyası ilə daha yaxın tanış olmaq imkanı verir.

Rus dili

Rus dilinin əsas qrammatik qaydaları və lüğət bazasını öyrətməklə onların beynəlxalq ünsiyyət bacarıqlarını inkişaf etdirir.

Həyat bilgisi/Təbiət

Şagirdlərə təbiət və ətraf mühit haqqında əsas biliklər qazandırır, onları gündəlik həyatda lazım olan məlumatlarla təmin edir.

İngilis dili

Şagirdlərə İngilis dilinin əsas qaydalarını öyrədir və onların beynəlxalq ünsiyyət bacarıqlarını inkişaf etdirir.

İkinci xarici dil

Şagirdlərə Fransız, Alman, Çin, İspan və s. dillərdən birini seçmək imkanı təqdim edir, onların qlobal ünsiyyət bacarıqlarını genişləndirir.

İnformatika/SAF Robokids

Şagirdlərə kompüter bilikləri və proqramlaşdırma əsaslarını öyrədir. Robokids proqramı ilə gələcəyin texnologiyalarına ilk addımlarını atmağa kömək edir.

STEAM

Şagirdlərə elmi-texniki və yaradıcı düşüncəni inkişaf etdirməyə yönəlmiş təhsil modulları təklif edir.

Məntiq (Kenquru/Lütfizadə)

Şagirdlərin məntiqi düşüncə və problem həll etmə bacarıqlarını inkişaf etdirir.

PIRLS

Şagirdlərin oxu və anlama bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulmuş xüsusi dərs proqramı.

Ev tapşırıqları

Şagirdlərə ev tapşırıqlarını səmərəli yerinə yetirmək və öyrənmə bacarıqlarını gücləndirmək üçün dəstək göstərir.

Biologiya

Canlıların quruluşu, funksiyaları və həyat fəaliyyətlərini öyrənmək üçün əsas biliklər.

Fizika

Təbiətdə baş verən hadisələr və onların qanunlarını öyrənmək üçün nəzərdə tutulmuş dərslər.

Kimya

Maddələrin quruluşu, xassələri və qarşılıqlı təsirini öyrənən fənn.

Coğrafiya

Dünyanın coğrafi xüsusiyyətləri, iqlimi və təbiəti haqqında biliklər.

Tarix

Keçmişdə baş verən hadisələr və cəmiyyətin inkişaf tarixi haqqında məlumat.

PİSA

Beynəlxalq təhsil qiymətləndirmə proqramı olan PİSA üzrə bilikləri artıran dərslər.

TIMSS

Beynəlxalq səviyyədə şagirdlərin elmi bacarıqlarını qiymətləndirmək üçün TIMSS mövzularını əhatə edən dərslər.